azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın U-21 millisi bu gün Belarusla yoxlama görüşü keçirəcək

04-06-2025

Azərbaycanın U-21 millisi bu gün Belarusla yoxlama görüşü keçirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxacaq.

U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro seçməsinə qarşı keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30