azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan, Türkiyə və Pakistan: Qardaşlıq və Strateji Əlaqələrin İnkişafı-KAMİLƏ ƏLİYEVA

04-06-2025


Bu gün Azərbaycan Türkiyə və Pakistan dövlətləri arasında mövcud dostluq, qardaşlıq əlaqələri daha da inkişaf edərək beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Tarixi və mənəvi köklərə söykənən qardaşlıq əlaqələri zamanın sınaqlarından keçərək, daha da güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müstəqillik Günündə üç qardaş dövlətin, Azərbaycan-Türkiyə-Pakistanın birliyi və həmrəyliyi istiqamətində tarixi addım atıldı. İşğaldan azad edilmiş Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında Zirvə görüşü keçirildi.


Ölkə başçımız Zirvə görüşündə çıxış edərək Azərbaycan, Türkiyə və Pakistanın hər zaman dünyada ədalətin tərəfində olduğunu vurğuladı və 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın savaşın ilk saatlarında Azərbaycan dövlətinin və xalqının yanında olduğunu, böyük siyasi və mənəvi dəstək göstərdiklərini xüsusi qeyd etdi. Azərbaycan da öz növbəsində şad gündə də, çətin gündə də Pakistanın yanında olub. Siyasi sahədə olduğu kimi iqtisadi sahədə də ölkələrimiz arasında əlaqələr getdikcə dərinləşməkdədir. Üç ölkənin əhalisinin ümumi sayı 340 milyon nəfər, dövlət büdcələrinin bir trilyon ABŞ dollarından yüksək olması iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə böyük təkan verən amillərdəndir. Siyasət, iqtisadiyyat, energetika, nəqliyyat, müdafiə sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları və bir çox sahələrdə əməkdaşlıq, eləcə də qarşılıqlı investisiyalar sahəsində əlaqələrin daha böyük dinamik inkişaf edəcəyinə inanırıq. Azərbaycan, Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub və Pakistana 2 milyard ABŞ dollar investisiya qoymağa hazırdır.

Zirvə görüşündə çıxış edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, üç qardaş ölkələr arasında həmrəylik seçim məsələsi deyil, qardaşlığın və dostluğun təcəssümüdür və bu cür Zirvə görüşləri mütəmadi keçiriləcək. Üç qardaş dövlətin liderlərinin görüşləri xalqlarımız arasında mövcud qardaşlıq əlaqələrinin möhkəmlənməsinə də böyük töhfə verəcək. Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif də çıxışında "Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi dostları var" söyləməsi ölkəsi üçün birliyimizin, qardaşlığımızın nə qədər önəmli olmasına sübutdur. Azərbaycan və Türkiyə hər zaman qardaş Pakistanın yanında olub və bu ölkənin haqq işini dəstəkləyib. Laçında üç qardaş dövlətin bayraqlarının birgə dalğalanması xalqlarımızın qəlbində böyük sevinc və fərəh yaratdı.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30