Araz Musayevin vəziyyəti ağırdır.
Mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin vəziyyəti ağırdır.
Azturkxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm",- deyə o, paylaşımda qeyd edilib.
A.Musayev həmçinin onun vurulmasında şübhəli bilinərək saxlanılan şəxslərin fotolarını da paylaşıb.
Həmin fotoları təqdim edirik: