azturkxeber.az
http://azturkxeber.az

ADY sədrinin müşaviri Münhendə Orta Dəhliz üzrə görülən işlərdən danışıb

04-06-2025


AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Almaniyanın Münhen şəhərində keçirilən “Transport Logistic 2025” sərgisi çərçivəsində “İntermodal daşımaların yenidən dəyərləndirilməsi: Trans-Xəzər marşrutu üzrə maneəsiz hərəkət və özəl sektorun rolu” mövzusunda panel müzakirələrində iştirak edib.

Emil Məmmədov ADY-nin Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə gördüyü işlərdən və gələcək planlardan danışıb.

Qeyd olunub ki, ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhlizlə konteyner daşımalarının həcmi və payı ildən-ilə artır. ADY 2025-ci ilin 4 ayında ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən konteyner daşımalarını 56 faiz artırıb.

Özbəkistan və Qazaxıstan dəmiryol administrasiyalarının, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin və Almaniyanın “Rhenus Group” şirkətinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi paneldə Orta Dəhliz boyunca darboğazların aradan qaldırılması, multimodal inteqrasiyanın gücləndirilməsi və daşımaların həcminin artırılması ilə bağlı mövcud baxışlar dəyərləndirilib.

Paneldə xüsusi diqqət dövlət və özəl əməkdaşlığına və transsərhəd ticarət axınında praktik təkmilləşdirmələrə yönəldilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30