azturkxeber.az
http://azturkxeber.az

ANAMA: Ötən ay 7440 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

02-06-2025

ANAMA: Ötən ay 7440 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən may ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 321, tank əleyhinə 154 mina və 1991 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay 7440, 2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30