NBA-da ilk finalçı müəyyənləşib
Milli Basketbol Assosiasiyasında (NBA) ilk finalçı müəyyənləşib.
“Oklahoma-Siti Tander” doğma meydanda “Minnesota”nı qəbul edib. Görüş ev sahiblərinin 124:94 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın bombardiri 34 xalla kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr olub. Çet Holmqren 22, Ceylen Uilyams 19 xalla yadda qalıb.
Qonaqların heyətində isə 24 xalla Julius Rendl fərqlənib. Entoni Edvards 19, Naz Rid və Terrens Şennon hərəyə 11 xal toplayıblar.
Bu nəticədən sonra “Oklahoma-Siti Tander” seriyada hesabı 4:1 edib və NBA-nın finalına vəsiqə qazanıb. Komanda həlledici oyunda “İndiana Peysers” və ya "Nyu-York Niks"lə qarşılaşacaq.