azturkxeber.az
http://azturkxeber.az

Kanada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq

29-05-2025

Kanada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq

Kanada hökuməti yaxın illərdə, o cümlədən NATO daxilində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Bu barədə ölkənin müdafiə naziri Devid Makqintiyə istinadla CBC telekanalı məlumat yayıb.

Məlumata görə, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Ottavada Kanada və xarici silah şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib. Nazir onları "Kanadanın müdafiə qabiliyyətinin yenidən qurulması" üçün federal büdcədən əhəmiyyətli məbləğlərin tezliklə ayrılmağa başlayacağı faktına hazır olmağa çağırıb. Ölkənin yeni büdcəsinin payızda təqdim ediləcəyi gözlənildiyi üçün Makqinti konkret parametrlər təqdim etməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031