azturkxeber.az
http://azturkxeber.az

Kral Çarlz və Kraliça Kamilla tarixi səfər üçün Kanadaya gəlib

27-05-2025

Kral Çarlz və Kraliça Kamilla tarixi səfər üçün Kanadaya gəlib

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Kanadaya iki günlük tarixi səfərlərinə başlayıblar.

Səfər ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Kanadaya dəstək mesajı kimi qiymətləndirilir.

Yeni seçkilərdə Trampa qarşı yönəlmiş əhval-ruhiyyə fonunda qalib gələn Baş nazir Mark Karni Kral və Kraliçanı Ottava hava limanında qarşılayıb.

Bu, Kral və Kraliçanın taxta çıxdıqdan sonra Kanadaya ilk səfəridir. Onlar əvvəlcə yerli icma festivalında iştirak edəcək, daha sonra Baş nazir Mark Karni ilə rəsmi görüş keçirəcəklər.

Səfərin əsas məqamı isə çərşənbə axşamı Kanadanın Parlamentində Kralın çıxışı olacaq. Bu, son 50 ildə bir monarxın Kanadada Parlament qarşısında ilk dəfə rəsmi nitq söyləməsi olacaq. Nitqdə Kanadanın suverenliyinin müdafiəsi ilə bağlı fikirlərin səslənəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031