azturkxeber.az
http://azturkxeber.az

U-12 basketbol liqasında finalın adı: "Sabah" U-12 - "Sumqayıt" U-12

25-05-2025

25 may tarixində12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının yarımfinal oyunları baş tutub. Bakı İdman Sarayında keçirilmiş günün ilk oyununda "Sabah" U-12 və NTD U-12 komandaları üz-üzə gəliblər. "Sabah" U-12 komandası rəqibinə 42-39 hesabı ilə qalib gələrək ilk finalçı olub.

Azturkxeber.az xəbər verir ki, günün ikinci oyununda gənclər şəhərinin təmsilçisi "Sumqayıt" U-12, "Naxçıvan" U-12 komandasına qarşı oyunda geridönüş edərək 50-49 hesablı qələbəyə sevinib və adını finala yazdırıb. Yarımfinal oyunlarında qeydə alınmış hesablara əsasən "Sabah" U-12 və "Sumqayıt" U-12 komandaları final, "Naxçıvan" U-12 və NTD U-12 komandaları isə 3-cü yer uğrunda oyunlarda iştirak edəcəklər. Qeyd edək ki, U-12 basketbol liqasında final və 3-cü yer uğrundakı oyunlar 28 may tarixində baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031