azturkxeber.az
http://azturkxeber.az

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

24-05-2025

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Serbiyalı məşhur raketka ustası Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq.

Cokoviç Cenevrədə keçirilən ATP turnirinin yarımfinalında britaniyalı Kemeron Norriyə qalib gələrək finala yüksəlib. O, mayın 24-də turnirin finalında dünya 6-cısı polşalı peşəkar tennisçi Hubert Hurkaça qarşı mübarizə aparacaq.

37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031