Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı




Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir.
20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız bu gün 2 medal qazanıb. Tatyana Smilovenko 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülüb.
Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: