Leyla Əliyevanın qızı Dünya Çempionatında final mərhələsinə vəsiqə qazanıb
Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsi Əminə Əliyeva Kung Fu üzrə 21-ci Dünya Çempionatında final mərhələsinə vəsiqə qazanıb.
Kung Fu üzrə 21-ci Dünya Çempionatı İtaliyanın Perugia şəhərində keçirilib.
Light sanda döyüş növü üzrə çıxış edən 11 yaşlı idmançı turnir boyunca göstərdiyi inamlı performansla rəqiblərinə üstünlük gələrək adını finala yazdırıb.
Qeyd edək ki, final qarşılaşması yaxın günlərdə baş tutacaq.