Qida Böhranları üzrə Qlobal Hesabata görə, münaqişələr, iqlim böhranı, iqtisadi şərait və yardımların kəsilməsi ərzaq təhlükəsizliyinin artmasına səbəb olur. Təhlil göstərir ki, dünyada 295 milyondan çox insan aclıqdan ölmək riski altındadır.
“The Guardian” qəzetinin məlumatına görə, dünyada kəskin ərzaq çatışmazlığı sürətlə artdıqca, dünyada 300 milyona yaxın insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalır. Hesabatda qeyd olunub ki, 2024-cü ilə qədər daha 13,7 milyon insan iqlim böhranı və iqtisadi şoklar səbəbilə xroniki qida çatışmazlığına sürüklənəcək. Buna görə hesabat çərçivəsində təhlil edilən 53 ölkə əhalisinin yüzdə 22,6-nın qida təhlükəsizliyi problemi yaşadığı ifadə edilib. Hesabatda deyilir: “Güclənən münaqişələr, artan geosiyasi gərginlik, qlobal iqtisadi qeyri-müəyyənlik və maliyyələşdirmənin kütləvi şəkildə kəsilməsi kəskin ərzaq təhlükəsizliyini dərinləşdirir”.
Hesabata görə, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı çərçivəsində ən xroniki qida çatışmazlığ ilə üzləşən insanların sayı son bir ildə iki dəfədən çox artıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB