"Çempionlar" turnirində daha iki medal

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.
Azturkxeber.az-ın məlumatına görə, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: