azturkxeber.az
http://azturkxeber.az

Prokurorluq əməkdaşları "Bakı Marafonu 2025"də iştirak edib

04-05-2025

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”də prokurorluq əməkdaşları da iştirak edib.

“Küləyə qalib gəl” şüarı altında keçirilən marafon, idman mədəniyyətinin inkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək və cəmiyyətdə idmanın əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.

Marşrutu ümumilikdə 21 km-lik məsafəni əhatə edən marafonda peşəkar idmançılardan tutmuş həvəskar iştirakçılara qədər bir çox şəxs bu möhtəşəm yarışda iştirak edib.

Prokurorluq əməkdaşları da tədbirdə aktiv şəkildə iştirak edərək, idmanın və sağlam həyat tərzinin təbliği istiqamətində öz dəstəyini göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031