azturkxeber.az
http://azturkxeber.az

“Apple” korporasiyasının yubiley “iPhone” smartfonu rekord qiymətə satılacaq

28-04-2025

“Apple” korporasiyasının yubiley “iPhone” smartfonu rekord qiymətə satılacaq


“Apple” korporasiyası 2027-ci ildə smartfonlarının qiymət artımının qaçılmaz olacağını bildirib.

2027-ci ildə ilk “iPhone” smartfonunun 20 illiyini qeyd edəcək “Apple” yubiley münasibətilə unikal flaqman smartfonu və ilk qatlanan qurğusunu satışa çıxaracaq. Korporasiyadan verilən məlumata görə, istehlakçılar qiymət artımına hazır olmalıdır, çünki yubiley cihazları rekord baha qiymətə satılacaq.

İstehsalçı yeni flaqman smartfonlarında xüsusi hissələrdən və komponentlərdən istifadə etmək niyyətindədir. Yubiley “iPhone”, həmçinin “son dərəcə mürəkkəb” dizayna malik olacaq ki, bu da onun qiymətinə təsir göstərəcək.

Qiymət artımına Vaşinqton və Pekin arasındakı ticarət müharibəsi də təsir edir. “Apple” ABŞ bazarı üçün “iPhone” istehsalını Çindən Hindistana köçürmək niyyətindədir. Korporasiya Hindistandakı istehsalın Çinlə müqayisədə 5-10 faiz baha olacağını bildirib.

Qeyd edək ki, “iPhone” smartfonunun yubiley buraxılışının əsasən şüşədən hazırlanacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930