azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri İmişli rayonunda vətəndaşları qəbul edəcək

26-04-2025

Ədliyyə naziri Fərid Əhmədov 2 may 2025-ci il tarixində İmişli rayonunda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərini qəbul edəcək.

Azturkxeber.az xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 may tarixinədək İmişli regional ədliyyə idarəsinə (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, əlaqə telefonu: +994 21 246-12-13) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və contact@justice.gov.az e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930