azturkxeber.az
http://azturkxeber.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) arasında Anlaşma Memorandumu imzalanıb

23-04-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum ailə və gender məsələlərinin dövlət siyasətinin prioritetlərindən olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Nizamnaməsinə uyğun olaraq, tərəflər arasında növbəti 3 il ərzində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyəcəkdir.

Sənəddə bələdiyyələrdə ailə və bərabər imkanlar üzrə komissiyaların(bundan sonra komissiyalar) yaradılması, onların işinin təşkili və təkmilləşdirilməsi istiqamətində təlim və tədbirlərin həyata keçirilməsi, komissiyalar arasında təcrübə mübadiləsinin və qabaqcıl təcrübələrin ötürülməsinin təmin edilməsi, bələdiyyələrdə “Ailə klubları”nın yaradılmasının təşviqi, qadınların bələdiyyə seçkilərində iştirakçılığının artırılması istiqamətində tədbirlərin görülməsi, bələdiyyələrin ailə və bərabər imkanlar sahəsində rolunun artırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və digər vacib məsələlər yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930