azturkxeber.az
http://azturkxeber.az

Tunis tarixində ən böyük narkotik qaçaqmalçılığına cəhdin qarşısı alınıb

21-04-2025

Tunis tarixində ən böyük narkotik qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Tunisdə 1 milyon 200 min ədəd narkotik tərkibli ekstazi həbinin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

Bu, Tunis tarixində ən böyük narkotik qaçaqmalçılığına cəhd sayılır. Təhlükəsizlik qüvvələri tərəfindən müsadirə olunmuş həblərin ümumi dəyəri 13 milyon dollara yaxındır.

Qeyd olunur ki, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin bütün fəaliyyətləri öncədən nəzarətə alınıb. İlkin təhqiqatlar nəticəsində məlum olub ki, zərərli maddəni tələbələr arasında yaymağa çalışan şəbəkə çirkli pulların yuyulması ilə də məşğul olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930