II Dünya müharibəsi iştirakçılarına 2500 manat birdəfəlik yardım!
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə və digər müvafiq kateqoriyalara birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Əsas məqamlar:
Müharibə iştirakçılarına – 2500 manat
Həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərə, Leninqrad mühasirəsi iştirakçılarına və digər kateqoriyalara – 1250 manat
Bu məqsədlə Prezidentin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılacaq.
Sərəncam Qələbənin 80-ci ildönümü münasibətilə imzalanıb.