Azərbaycan Basketbol Liqası: “Sabah” və “Neftçi” yarımfinala vəsiqə qazanıb
"Sabah" və "Neftçi" komandaları Azərbaycan Basketbol Liqasında yarımfinala yüksəliblər.
Seriyanın ikinci oyununda da "Sabah" "Sərhədçi"ni (100:77), "Neftçi" isə "Ordu"nu (88:54) məğlub edərək yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti oyunlar aprelin 22-də reallaşacaq.