azturkxeber.az
http://azturkxeber.az

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

20-04-2025

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub.

“Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar. 60-a yaxın iştirakçının qatıldığı çempionatda bütün rəqiblərini üstələyən Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Ruvayeva şəxsi mübarizədə baş mükafata layiq görülüblər. Zaur Mikayılovla Mahir Cəbiyev tandemi isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930