azturkxeber.az
http://azturkxeber.az

Belçikalı iki gənc 5 min nadir qarışqanı Keniyadan çıxarmaqda təqsirləndirilir

19-04-2025

Keniyada nadir qarışqa növlərini ölkədən çıxarmağa çalışan iki belçikalı gənc məhkəmə qarşısına çıxarılıb.

Onlar çox qiymətli “Messor Cephalotes” növündən 5 min ana qarışqanı ölkədən çıxarmağa çalışmaqda ittiham olunur. Qarışqaların ümumi dəyərinin 600 min avro olduğu bildirilir.

Belçikalı gənclər aprelin əvvəlində Keniyada bir neçə milli parkın yerləşdiyi Nakuru bölgəsində həbs edilib. Onların qaldıqları evdə hər birinin içərisində qarışqaların səliqəli şəkildə saxlandığı 2244 şüşə aşkarlanıb.

Belçikalı gənclər məhkəmədə qarışqaları əyləncə üçün yığdıqlarını və bunun qanunsuz olduğunu bilmədiklərini ifadə ediblər. Amma yerli qurumlar bu əməlin arxasında fil sümüyü və ya bəzi nadir heyvanların tükü əvəzinə daha kiçik və az diqqət çəkən növlərin ticarəti ilə məşğul olan geniş beynəlxalq qaçaqmalçılıq şəbəkəsinin dayandığını irəli sürüblər.

Belçikalı gənclərdən başqa, keniyalı və vyetnamlı daha iki nəfər də saxlanılıb. Onlardan isə 400 qarışqa tapılıb. Saxlanılan şəxslər beynəlxalq ticarət şəbəkəsinin bir hissəsi olmaqda ittiham edilirlər.

Məhkəmənin yekun qərarının aprelin 23-də veriləcəyi gözlənilir.

Son dövrlərdə Avropada və Asiyada nadir qarışqaların ev heyvanı kimi saxlanması geniş yayılıb. Keniya Vəhşi Təbiət Xidməti isə bu həşəratların ölkədən qanunsuz şəkildə çıxarılmasının ekosistemə ciddi ziyan vurması, onların aparıldığı ölkələrdə bitkilər üçün bəzi xəstəlikləri yayma riski daşıması barədə xəbərdarlıq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930