azturkxeber.az
http://azturkxeber.az

Keniyada qarışqa qaçaqmalçıları həbs edilib

16-04-2025

Avropa və Asiyanın ekzotik heyvan bazarlarında satış üçün Keniyadan minlərlə diri qarışqa keçirməyə cəhd edən 4 qaçaqmalçıya vəhşi heyvan alveri ittihamı irəli sürülüb.

Keniyanın Vəhşi Təbiət Xidməti sınaq borularında və şprislərdə gizlədilnmiş nəhəng Afrika qarışqası (Messor Cephalotes) da daxil olmaqla canlı qarışqa növlərini ələ keçirdiklərini bildirib.

“İstintaq göstərdi ki, borular qarışqaların iki aya qədər yaşaya bilməsi və hava limanının təhlükəsizliyi tərəfindən aşkarlanmaması üçün hazırlanıb”, - deyə Xidmətin açıqlamasında deyilir.

Bəzi insanların qarışqaları gəzinti zamanı maneə kimi gördüyü zaman, qarışqa həvəskarları onları formikariumlarda – şəffaf qablarda saxlamaqdan həzz alırlar. Burada onlar mürəkkəb koloniyaların qurulmasını müşahidə edə bilərlər.

Səlahiyyətlilər bazar dəyəri 7800 ABŞ dolları olan 2244 konteynerə yığılmış təxminən 5 min ana qarışqanı müsadirə ediblər.

“Messor Cephalotes” növü bir çox insan üçün xəyaldır. “Kraliçalar”ın uzunluğu 20-24 mm-ə çatır və gözəl qırmızı-qəhvəyi-qara rəngə malikdir. Bu növ canlı ana qarışqa 130 dollardır”, - deyə Xidmətin açıqlamasında bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930