azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyi: Qazaxıstanlı nümayəndə heyəti Komando və XTQ hərbi hissələrində olublar

18-04-2025


Azərbaycanda səfərdə olan Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı general-mayor Almaz Cumakeevin rəhbərlik etdiyi nümayəndə heyəti Komando və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Qazaxıstan nümayəndə heyətini qarşılayan general-mayor Akif Pirverdiyev onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti qapalı idman zalı, əsgər yataqxanası və yeməkxanaya baxış keçirib. Qonaqlara şəxsi heyətin idman fəaliyyətləri nümayiş etdirilib.

Hərbi hissənin ərazisindəki qapalı atış kompleksində tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atışlar icra olunub.

Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.

Qazaxıstan nümayəndə heyəti daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930