azturkxeber.az
http://azturkxeber.az

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı Fərmanla DOST Agentliyinin Nizamnaməsi və DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısının təkmilləşdirilməsi təmin edilməklə, bu xidmətlərin sayı daha da artaraq 156-dan 161-ə çatdırılıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib. Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən təqdim edildiyini diqqətə çatdırıb.

Ötən dövrdə 3,4 milyon, o cümlədən bu ilin ilk rübündə 213 min vətəndaşın DOST xidmətlərindən faydalandığı, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi bildirilib.

Qeyd edilib ki, 2019-cu ilin may ayından DOST Agentliyi, 7 regional “DOST” mərkəzi, Şuşa DOST filialı və Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb. DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirilir.

Naxçıvan şəhərində inşa olunan Regional DOST Mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır.

İclasda DOST Agentliyinin bu ilin birinci rübünə dair hesabatı təqdim olunub, həmçinin DOST mərkəzlərinin fəaliyyəti, bir sıra məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930