azturkxeber.az
http://azturkxeber.az

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim gələcəkdə kibertəhlükəsizlik mütəxəssisi olmaqdır

18-04-2025

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim gələcəkdə kibertəhlükəsizlik mütəxəssisi olmaqdır

Bakı şəhəri 313 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fərid Mehdiyev Dövlət İmtahan Mərkəzinin martın 9-da keçirdiyi buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərib.

Təəssüratlarını bölüşən Fərid deyib: “Test tapşırıqları abituriyentlərin səviyyəsinə uyğun tərtib edilmişdi. Düzdür, çətinlik çəkdiyim tapşırıqlar da oldu, amma ümumilikdə imtahan təlimata uyğun şəkildə keçirildi”.

Fəridin arzusu Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi üzrə təhsil almaqdır. O, boş vaxtlarında, adətən, kompüter proqramları ilə məşğul olur. “Kompüter proqramları uşaqlıqdan maraq dairəmdə olub. Ancaq boş vaxtımın önəmli bir hissəsini də dincəlməyə və əyləncəyə ayırırdım. Çünki effektiv hazırlaşmaq səhər-axşam çalışmaq deyil, əksinə, çalışmaq və dincəlmək arasındakı balansı saxlamaqdır”.

Fəridin məqsədi informasiya təhlükəsizliyi ixtisası üzrə ali və magistratura təhsili almaqdır. Onun hədəfi bu sahəni dərinliklərinə qədər öyrənmək, gələcəkdə kibertəhlükəsizlik mütəxəssisi olmaqdır. O, magistratura təhsilini isə xarici universitetlərdə almaq istəyir. Fəridi təbrik edir və ona bu yolda ugurlar arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930