azturkxeber.az
http://azturkxeber.az

AZPROMO: Yanvar-fevral aylarında Azərbaycanın Sloveniyaya ixracında 66 faiz artım qeydə alınıb

17-04-2025

AZPROMO: Yanvar-fevral aylarında Azərbaycanın Sloveniyaya ixracında 66 faiz artım qeydə alınıb

Ötən il Azərbaycan ilə Sloveniya arasında ticarət dövriyyəsi 30,8 milyon dollar təşkil edib ki, bu da ticarət dövriyyəsinin daha da artacağını deməyə əsas verir.

Bunu Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı deyib.

O bildirib ki, 2024-cü ildə Azərbaycanın Sloveniyaya ixracının həcmi 8,5 milyon dollar təşkil edib.

"Cari ilin ilk iki ayında isə Azərbaycanın Sloveniyaya ixracında 66 faiz artım müşahidə olunub. Keçirilən forum iqtisadi sahədə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə təkan verəcək və idxal-ixrac əməliyyatlarının həcminin artmasına imkan yaradacaq. Orta Dəhlizin fəaliyyətə başlaması ilə əlaqədar yeni əməkdaşlıq imkanları da yaranıb. Azərbaycan Sloveniya ilə yükdaşıma, tranzit və nəqliyyat sahələrində də geniş əməkdaşlıq edə bilər",- deyə Tural Hacılı vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930