azturkxeber.az
http://azturkxeber.az

Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub

16-04-2025

Bələdiyyələr tərəfindən onların iqtisadi dayanıqlığının təmin olunması üçün yerli büdcə gəlirlərinin artırılması isitiqamətində davamlı işlər görülür. Bu məqsədlə uçotdan kənarda qalan vergitutma obyektlərinin uçota alınması, habelə vergi borcları üzrə inzibati akt qəbul edilərək məcburi icraya yönəldilməsi üçün zəruri addımlar atılır. Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə aparılan mütəmadi maarifləndirmə tədbirləri, eləcə də Bələdiyyələrin Milli Assosiasiyalarının bu prosesdə yaxından iştirakı bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərməkdədir. Belə ki, hazırda yerli büdcə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub.

Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə orqanının büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat (14.4%) artaraq ilk dəfə 63 milyon manata yaxın olub.

2024-cü il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 4.6 milyon manat (20.2%) çoxdur.

Bakı bələdiyyələri üzrə yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 3.2 milyon (19.8%) artaraq 20 milyon manata yaxın olub.

Ümumilikdə 2024-cü ildə bələdiyyələrin 63 milyon manat büdcə gəlirlərindən 20 milyon manata yaxın vəsait Bakı bələdiyyələrinin payına düşür. Bu da ümumi büdcə gəlirlərinin 31.8%-ni təşkil edir.

Qeyd edək ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 8 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930