Bakı və Abşeronda mobil telefon oğurlayanlar saxlanılıb

Paytaxtın Nəsimi və Nizami rayonlarında, həmçinin Abşeron rayonunda 5 nəfərə məxsus müxtəlif qiymətlərdə mobil telefonlar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 19 yaşlı B.Qurbanov, 18 yaşlı P.Sadıqov, 21 yaşlı T.Lətifzadə, əvvəllər məhkum olunmuşlar – 42 yaşlı R.Seyidov, 52 yaşlı C.Kərimov və 49 yaşlı T.Fərəcullayev saxlanılıblar.
Binəqədi rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərində planşet oğurlayan 49 yaşlı S.Mursəlova da saxlanılıb.
Araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: