azturkxeber.az
http://azturkxeber.az

ƏƏSMN-in rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

11-04-2025

ƏƏSMN-in rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “e-sosial” portalı və proaktiv xidmət mexanizmləri, nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fəaliyyəti Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumunun “Global Banking & Finance Awards” müsabiqəsində 3 kateqoriya üzrə mükafatlara layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “e-sosial” portalı ən yaxşı rəqəmsal hökumət platforması, proaktiv xidmət mexanizmləri innovasiyada mükəmməllik, DOST RİM isə ən yaxşı İT idarəetmə komandası nominasiyalarında qalib olublar.

Qeyd edək ki, müsabiqədə ABŞ, Səudiyyə Ərəbistanı, Sinqapur, Malayziya, Türkiyə və digər bir çox ölkələr təmsil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930