Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) daha 3 beynəlxalq mükafat qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST RİM 100-dək ölkədən qurumların qatıldığı “FinTech Awards 2024” müsabiqəsində qalib gələrək “İlin rəqəmsal innovatoru” adına layiq görülüb.
DOST RİM, həmçinin Böyük Britaniyada yerləşən “Global Banking&Finance Review” beynəlxalq qurumunun builki “Global Banking&Finance Awards” müsabiqəsində uğur əldə edib. Mərkəzin sosial ödənişlərin proaktiv təyinatı layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və “Texnologiya liderliyi mükafatı” kateqoriyası üzrə “Azərbaycanın ən yaxşı texnologiya idarəetməsi komandası - 2024” mükafatına yiyələnib.
Müsabiqədə ABŞ, Böyük Britaniya, İtaliya, Belçika, Almaniya, Türkiyə, BƏƏ və s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar yer alıb.
DOST RİM növbəti mükafatını “Acquisition International” korporasiyasının (Böyük Britaniya) müsabiqəsində qazanıb. Mərkəz sosial ödənişlərin proaktiv təyini mexanizmi müsabiqənin münsiflər heyətinin yüksək qiymətini alıb və həmin beynəlxalq korporasiyanın “2024-cü il üzrə proaktiv sosial ödəniş texnologiyalarını idarə edən qurum” adına layiq görülüb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ƏƏSMN-in rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb