Ombudsmanın “916” Çağrı Mərkəzinə əsasən aşağıda qeyd olunan məsələlər üzrə şikayətlər edilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin yanvar, fevral və mart ayları üzrə ümumilikdə 2468 zəng daxil olub.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cari müddət ərzində Çağrı Mərkəzinə edilən müraciətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (526), Daxili İşlər Nazirliyi (487) və Ədliyyə Nazirliyinin (329) səlahiyyətlərinə aid olan məsələlərdir. Siyahıya yerli icra hakimiyyəti orqanları (108), Elm və Təhsil Nazirliyi (105) və diaqram üzrə təqdim olunan digər dövlət qurumları daxildir.