azturkxeber.az
http://azturkxeber.az

Mingəçevir məktəbliləri üçün "Natiq Qasımovun irsi ilə Zəfərə" adlı intellektual yarış keçirilib

11-04-2025

Mingəçevir şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Natiq Qasımovun irsi ilə Zəfərə" adlı intellektual yarış keçirilib.

Mingəçevir şəhər təhsil sektorundan verilən məlumata görə, yarışdan öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb.

Daha sonra 132 şagird 22 komandanın tərkibində ümumi biliklər üzrə sualları cavablandıraraq, qalibiyyət uğrunda mübarizə aparıb.

Yarışın keçirilməsində məqsəd məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, yüksək intellektə, innovativ düşüncəyə, dərin təfəkkürə malik şəxsiyyət kimi formalaşmasına töhfə verməkdir. Yarışda qalib komandalar kubok və sertifikatla təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930