azturkxeber.az
http://azturkxeber.az

“e-rüsum” informasiya sisteminin tətbiqi ilə bağlı ölkədə fəaliyyət göstərən banklarla görüş keçirilib

11-04-2025


Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib. Qeyd olunub ki, artıq cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.

Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı banklara təlimat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930