azturkxeber.az
http://azturkxeber.az

Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanıb

04-04-2025

 

Cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.

Dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin tələblərinin təmin edilməsi məqsədilə həyata keçirilir.
Ödəyici aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunu rüsum tutan orqan tərəfindən ona təqdim edilmiş “e-bildiriş” əsasında ödəməlidir.
Həmin dövlət rüsumlarının ödənilməsi zamanı hər bir hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930