azturkxeber.az
http://azturkxeber.az

Buraxılış imtahanında 300 bal toplayan şagird: Tibb Universitetini seçəcəyəm

11-04-2025

Buraxılış imtahanında 300 bal toplayan şagird: Tibb Universitetini seçəcəyəm

Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib.

Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Sona deyir ki, bu uğurun arxasında yorulmadan, fasiləsiz çalışmaq və məqsədə sadiqlik dayanır: “Gecə-gündüz yatmırdım, oxuyurdum. Əzmlə çalışırdım və bu gün bu əziyyətimin nəticəsini görmək məni çox sevindirir”.

Məktəbli qeyd edib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb: “Mənim üçün çətin fənn olmayıb. Dərslərə hər gün gedirdim, məktəbdə verilən biliklər mənə çox kömək etdi”.

Gələcək planlarından danışan Sona Azərbaycan Tibb Universitetini seçmək fikrində olduğunu deyib.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930