Milli Məclisin deputatı Günay Ağamalı vətəndaşlarla növbəti görüşü keçirildi
05 Aprel 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu Boranıkənd kəndi, şəhid Aqil Kərimov adına ümumi orta məktəbdə vətəndaşlarla növbəti görüşü keçirildi.
İlk öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət Vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi.
Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırdı.