azturkxeber.az
http://azturkxeber.az

Cəbrayılda növbəti əmək yarmarkası olub, 100-dən çox vakansiya təqdim edilib

08-04-2025

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Agentlik Cəbrayıl rayonu M.Mehdizadə adına tam orta məktəbdə növbəti əmək yarmarkası keçirib.
Yarmarkada 13 işəgötürən tərəfindən 100-dən çox vakansiya (o cümlədən, elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib, anbardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qazpaylayıcı stansiyada operator və s.) təqdim olunub.
Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930