azturkxeber.az
http://azturkxeber.az

Cari ilin birinci rübündə istehlakçılara 46 milyon manat ƏDV ödənilib

08-04-2025

Cari ilin birinci rübündə istehlakçılara 46 milyon manat ƏDV ödənilib“ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi cari ilin yanvar-mart ayları ərzində 46 milyon 88,3 min manatdan çox olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-mart ayları ərzində qaytarılan həcmi 8 milyon 59,8 min manat təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930