azturkxeber.az
http://azturkxeber.az

50-dən çox ölkə Tramp administrasiyasına müraciət edib

07-04-2025

 

50-dən çox ölkə ticarət məsələsində danışıqlar aparmaq üçün Donald Tramp administrasiyasına müraciət edib.

Bunu ABŞ Prezidentinin müşavirlərindən Kevin Hasset televiziyaya müsahibəsində bildirib. Hasset müraciət edənlərin gömrük tarifləri ilə bağlı müzakirə aparmaq istədiklərini deyib.

ABŞ-ın Ticarət naziri Hovard Lutnik bildirib ki, “başqa dövlətlər yeni rüsumlardan müxtəlif yolla yayına bilməsin deyə, pinqvinlərin məskunlaşdığı adalar belə, siyahıya daxil edilib”.

Müqayisə üçün qeyd edək ki, Fransanın dənizaşırı ərazisi olan Reunyon adasından idxal edilən məhsullara 73 faiz rüsum tətbiq edilib. Bu da metropol Fransa ilə (20 faiz) müqayisədə dəfələrlə çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930