azturkxeber.az
http://azturkxeber.az

Sabunçuda qanunsuz tikililər sökülür

04-04-2025

 

Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 39 ünvanında Osmanov Umurxan Osman oğlunun xüsusi mülkiyyətində olan 0.0710 ha torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla tikinti işlərinin aparılması faktı müəyyən olunub.

Azturkxeber.az xəbər verir ki, bununla bağlı tikinti sahiblərinə işlərin dayandırılaraq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə bir neçə dəfə xəbərdarlıq edilib.

Lakin, tikinti sahibləri dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymadığından Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə müvafiq tədbirlər görülüb, tikililərin sökülməsinə başlanılıb.

Bildirilib ki, tikililər yaxın günlərdə tamamilə söküləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930