azturkxeber.az
http://azturkxeber.az

Ağcabədidə qida məhsullarının saxlandığı anbarda istehlaka yararsız məhsullar aşkarlanıb

04-04-2025


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, H.Hacıyev küçəsi, 141 ünvanında fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsus anbarda yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənverilən məlumata görə, yoxlama zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930