azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə son beş ildə bir milyondan çox qanunsuz miqrant saxlanılıb

03-04-2025

Türkiyədə son beş ildə bir milyondan çox qanunsuz miqrant saxlanılıb


Bu ilin əvvəlindən Türkiyədə 29 mindən çox qeyri-leqal miqrant saxlanılıb. Eyni zamanda, 2020-ci ildən bəri bu rəqəm 1 milyon 80 min nəfər həddinə yaxınlaşıb.

Azturkxeber.az bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Nazirliyin məlumatına görə, saxlanılan miqrantların ən çoxu Əfqanıstandandır. Daha sonra Suriya vətəndaşları gəlir.

Bundan əlavə, 2020-ci ildən qeyri-leqal miqrasiyanın təşkili ilə məşğul olan 2169 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi Türkiyədə qalmasına icazə verilən əcnəbi vətəndaşların statistikasını da açıqlayıb.

Bu ilin mart ayının ortalarına olan məlumata görə, Türkiyədə 1 milyon 76 min 643 əcnəbiyə yaşamaq icazəsi verilib ki, onlardan 84 min 85-i Azərbaycan vətəndaşıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930