azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlanıb

02-04-2025


Milli Kitabxanada “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı virtual sərgi və eyniadlı ənənəvi geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadanbildirilib ki, sərgilərdə Aprel döyüşlərində Lələtəpə, Talış yüksəklikləri və digər bir sıra mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsindən, bu döyüşlərin canlı şahidləri - qazilərlə, iştirakçı olmuş kəşfiyyatçılarla müsahibələr, Vətən müharibəsi, Şanlı qələbə, tarixi zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqlarından, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgi bir həftə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930