azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlanıb

02-04-2026

Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı virtual sərgi və eyniadlı ənənəvi geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında sistemləşdirilmiş tammətnli resurslar müxtəlif bölmələr üzrə onlayn istifadəçilərin ixtiyarına verilib.

Sərgilərdə Aprel döyüşlərində Lələtəpə,Talış yüksəklikləri və digər strateji mövqelərin işğaldan azad olunması, Aprel döyüşlərinin əhəmiyyəti, eyni zamanda tarixi Zəfərimizin əldə olunmasında Azərbaycan ordusunun Zəfəri, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqları və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolu haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər. https://anl.az/el/emb/aprel_doyusleri/index.html, https://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930