Ağstafada üç nəfər dəm qazından zəhərlənib
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib. Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: