azturkxeber.az
http://azturkxeber.az

Bakıdakı boks üzrə Çempionlar Gecəsi təşkilatçılığına görə ilin ən yaxşı yarışları sırasında yer alıb

03-02-2025

Bakıdakı boks üzrə Çempionlar Gecəsi təşkilatçılığına görə ilin ən yaxşı yarışları sırasında yer alıb


Bakıda keçirilən boks üzrə IBA Çempionlar Gecəsi ötən ilin ən yaxşı yarışları sırasında yer alıb.

Azərbaycan Boks Federasiyasından (ABF)verilən məlumata görə, ABF-nin 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında reallaşan gecə təşkilatçılıq baxımından fərqləndirilib.

Bununla bağlı Beynəlxalq Boks Assosiasiyası (IBA) ABF-yə təşəkkür məktubu göndərib. IBA prezidenti Umar Kremlyov bildirib ki, Bakıya səfəri zamanı ABF tərəfindən göstərilən qonaqpərvərlik Azərbaycanın zəngin ənənələrinin parlaq əksi olub: “2024-cü il sentyabrın 28-də Bakıda keçirilən IBA Çempionlar Gecəsi təkcə Azərbaycan boksu üçün əlamətdar hadisə olmayıb, həm də 2024-cü ildə keçirilən üç ən yaxşı analoji yarışdan biri olub. Bu möhtəşəm nailiyyət bizim idman növümüzə baxışımızı və inkişafa sadiqliyimizi nümayiş etdirib”.

Həmçinin vurğulanıb ki, boksun inkişafına şərait yaratmaq, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər ən yüksək qiymətə layiqdir: “Əminəm ki, Azərbaycan bundan sonra da IBA və EUBS-in bayrağı altında keçirilən böyük turnirləri keçirməkdə davam edəcək”.

Qeyd edək ki, yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş keçirilib. Rinqə çıxan Azərbaycanın 4 boksçusu isə qələbə qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728