İtaliya “Vega-C” daşıyıcı raketi ilə “Sentinel-1C” Yerin müşahidə peykini orbitə çıxarıb.
“Vega-C” daşıyıcı raketi Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasının Kuru kosmodromundan buraxılıb. “Sentinel-1C” Avropa İttifaqının kosmik proqramının Yerin müşahidəsi komponenti olan “Kopernik”in bir hissəsidir. Peyk Avropa Kosmik Agentliyi (ESA), “Avio” və “Thales Alenia Space” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Təxminən 2,2 ton buraxılış kütləsi ilə “Sentinel-1C” aşağı yerətrafı orbitdə 700 kilometr hündürlükdə 7 il ömür sürəcək. Peykdən əldə olunacaq məlumatlar Avropanın bir neçə mərkəzində, Materada yerləşən “Telespazio” və İtaliya Kosmik Agentliyinin birgə müəssisəsi olan “e-GEOS” kosmik mərkəzinin stansiyasında toplanacaq.
İtaliyanın Baş naziri Ciorcia Meloni “Sentinel-1C” peykinin orbitə çıxarılmasının ölkəsinin Avropa məkanında aparıcı rolunu bir daha təsdiqlədiyini bildirib. Qeyd edib ki, bu uğur sayəsində İtaliya rəqabət qabiliyyəti və təhlükəsizliyi üçün strateji əhəmiyyətə malik kosmosa avtonom çıxışı olan dünyada nadir ölkələrdən birinə çevrilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri