Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Tumurcuqlar: Rusiya və Çin - qarşılıqlı faydalı əməkdaşlıq” adlı ikinci böyük beynəlxalq forumda iştirak edib.
İnstitutdan bildirilib ki, tədbirdə azərbaycanlı alim “Azərbaycan Respublikasinda şəhərsalma prosesinin inkişafının regional xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycan rayonlarında urbanizasiya məsələləri, iqtisadi rayonların ümumi və şəhər əhalisi, əhali artımı, demoqrafik göstəricilər, aqlomerasiya, şəhər və qəsəbələrin əhali sayı, təbii coğrafi şəraitin, təbii ehtiyatlar və su ilə təminatın şəhərlərin inkişafına təsiri, işğaldan azad edilmiş ərazilərdə əhali məskunlaşması, Qarabağın bərpası ilə bağlı görülən işlər, regionun davamlı demoqrafik və sosial-mədəni inkişafı və s. haqqında geniş məlumat verib.
Forum 36 ölkədən 10 mindən çox nümayəndəni bir araya gətirib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”